2023 GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN GƏNCLƏRİNİN SƏSİ MÜNASİBƏTLƏR, DƏYƏRLƏR VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR QISA XÜLASƏ · gənclərin yarıdan çoxu(51%) ailələrinin ərzaq və geyimdən daha çox şey almağa maddi imkanının olduğunu bildirir. 28%-i isə geyim və ayaqqabı üçün kifayət qədər pul olduğunu, lakin iri məişət cihazları almaq üçün kifayət qədər pulun olmadığını bildirir. Maliyyə nərdivanının ən aşağı pilləsində ev təsərrüfatlarının 14%-i yerləşir: 10%-i yalnız qida, 4%-i isə əsas zəruri məhsulları almağa maddi imkanlarının olduğunu bildirib. · yerlərində yaşayanlarla müqayisədə, Bakı sakinləri maliyyə vəziyyətinin daha yaxşı olduğunu bildirir. Bundan əlavə, etnik baxımdan azərbaycanlı olan gənclər və ali təhsilli gənclər başqa etnik qruplara mənsub olan gənclərlə 1 və ibtidai təhsilli gənclərlə müqayisədə öz ev təsərrüfatlarının subyektiv rifah səviyyəsinin daha yaxşı olduğunu hesab edir. 1 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · gənclərin əksəriyyəti(59%) öz maddi vəziyyətlərinin digər vətəndaşlarla eyni olduğunu hesab edir. Kişilərin, Bakı sakinlərinin, ən yuxarı yaş qrupundakı respondentlərin, işləyən şəxslərin, ali təhsilli şəxslərin öz ev təsərrüfatlarının maliyyə vəziyyətinin icmadakı əksər ev təsərrüfatları ilə müqayisədə daha pis olduğunu hesab etməsi ehtimalı daha yüksəkdir. · gənclərinin yarıdan çoxu 2 şəxsi gəlirə malikdir(o cümlədən maaş və digər gəlir növləri). Gənclərin 59%-i həm də maddi baxımdan valideynlərindən, qohumlarından və ya partnyorlarından/həyat yoldaşlarından asılıdır. 3 Gənclərin yalnız 7%-i dövlətdən yardım, o cümlədən ailə müavinəti alır. · gənclərin əksəriyyəti(61%) müəyyən formada şəxsi gəlirə malikdir. Bakıdan kənarda yaşayan gənclər arasında isə ailə üzvlərindən asılı olanların sayı daha çoxdur. Gənc qadınların, 14-17 yaş qrupuna daxil olanların və azərbaycanlılardan başqa etnik qrupa mənsub olduğunu qeyd edənlərin ailə üzvlərindən asılı olması ehtimalı gənc kişilərlə, yuxarı yaş qrupları ilə və etnik azərbaycanlı gənclərlə müqayisədə daha yüksəkdir. · gənclərin təqribən dörddə biri(26%) orta və ya daha yuxarı təhsil səviyyələrində təhsil almaqdadır. Bakı sakinləri arasında təhsil almaqda olan gənclərin payı(32%) digər şəhər(25%) və kəndlərdə(24%) yaşayan gənclərlə müqayisədə daha yüksəkdir. · gənclərinin yarıdan çoxu(56%) almaqda olduğu və ya aldıqları təhsilin keyfiyyətindən narazıdır. Ali təhsil almaqda olan və ya almış respondentlərin müvafiq təhsil müəssisəsinin verdiyi təhsilin keyfiyyətindən narazı qalmaq ehtimalı ən yüksəkdir. · çoxu təhsil müəssisələrinin onları əmək bazarına hazırlamadığını düşünür. Təhsil almaqda olan gənclərin 72%-ə yaxını təhsil müəssisələrinin onları əmək bazarına hazırladığına ya qətiyyən inanmır(27%), ya da daha çox inanmır (45%). Cəmi 10%-i buna daha çox və ya tam inanır. · qrupu müzakirələrindəki gənclər ölkənin təhsil sisteminə tənqidi yanaşıb. Respondentlər qeyd ediblər ki, məktəblərdə köhnəlmiş kurrikulumlar təqdim olunur, müəllimlər müasir təhsil yanaşmalarından xəbərdar deyillər və təhsilin keyfiyyəti əmək bazarının tələblərinə cavab vermir. · gənclərin yarısı işlədiyini bildirir. Buraya tam iş qrafiki(27%) və natamam iş qrafiki(4%) ilə işləyənlər, müvəqqəti işlərdə işləyənlər(5%) və özünüməşğul gənclər(14%) daxildir. · kənarda yaşayan gənclər, gənc qadınlar(36%), daha gənc yaş qrupları və təhsil səviyyəsi aşağı olanlarla müqayisədə, Bakıda yaşayan gənclər(59%), gənc kişilər(62%), 25-29 yaşlı gənclər(71%) və ali təhsilli gənclər(76%) arasında məşğulluq səviyyəsi daha yüksəkdir. 2 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · məşğulluq və ya təlimdə iştirak etməyən 4 14-29 yaşlı gənclərin xüsusi çəkisi 25%-ə yaxındır. Gənc kişilərlə(12%) müqayisədə, təhsil, məşğulluq və ya təlimdə iştirak etməyən gənc qadınların payı üç dəfə yüksəkdir(39%). Analoji olaraq, Bakıdan kənarda yaşayan gənclərin təhsil, məşğulluq və ya təlimdə iştirak etməmə ehtimalı daha yüksəkdir. · gənclər hesab edir ki, istədikləri işi əldə etmək üçün təhsil səviyyəsi (81%), tanışlar və qohumlar(65%), ailə sərvəti(64%) və keçmiş təcrübə(62%) ən vacib amillərdir. Bu, Azərbaycanda işə düzəlməkdə meritokratik amillərlə yanaşı, qeyri-meritokratik amillərin mühüm rol oynadığını göstərir. · on gəncdən yalnız biri(9%) son 12 ayda könüllülük fəaliyyəti ilə məşğul olub. Məhdud sayda azərbaycanlı gənc könüllülük fəaliyyəti ilə məşğul olsa da, son bir ildə paytaxtdan kənarda olan gənclər, milli azlıqlara mənsub gənclər, işləyən respondentlər və 24 yaşdan yuxarı gənclər kimi qruplar daha çox könüllülük fəaliyyəti ilə məşğul olublar. · gənclərinin yarıdan çoxu(54%) demokratiyanın Azərbaycanı idarə etmək üçün ən yaxşı üsul olduğunu hesab edir. 28%-i isə bu ideyaya qarşıdır. Lakin demokratiyaya ən az meylli olan qrup Bakıdakı gənclərdir. Onların əsas qismi ya tamamilə, ya da müəyyən dərəcədə bu ideyaya qarşıdır(42%). · demokratiya təcrübəsinə ya müsbət, ya da tam müsbət yanaşılır (53%). Azərbaycandakı demokratiya təcrübəsinə mənfi münasibətlər paytaxtdakı gənclər arasında daha geniş yayılıb(42%). · maraqlandığını deyən gənclərin sayı azdır. Əksəriyyət(43%) siyasətlə qətiyyən maraqlanmır, respondentlərin təqribən dörddə biri(26%) siyasətlə çox maraqlanmadığını deyir, beşdə biri(20%) isə siyasətlə müəyyən qədər və ya çox maraqlandığını deyir. · kişilərin və 25-29 yaşlı gənclərin siyasətə ən azı müəyyən dərəcədə marağının olması ehtimalı daha yüksəkdir. Bundan əlavə, paytaxtda hər beş respondentdən biri bu suala cavab verməkdə çətinlik çəkir. · ən azı müəyyən dərəcədə marağı olanların cəmi 23%-i 5 tez-tez tanışları ilə müvafiq müzakirələr aparır, 64%-i bunu nadir hallarda edir, 6%-i isə heç vaxt dostları ilə siyasətdən danışmır. Valideynləri ilə siyasətdən danışanların sayı isə daha azdır: cəmi 18%-i bunu tez-tez edir, 59%-i nadir hallarda edir, 11%-i isə heç vaxt valideynləri ilə siyasətdən danışmır. · xəbərlərlə maraqlanan Azərbaycan gənclərinin sayı azdır. Gənclərin yalnız dörddə biri həftədə ən azı 1 dəfə siyasi xəbərlərlə tanış olur. Respondentlərin üçdə birindən çoxu(35%) demək olar ki heç vaxt siyasi xəbər oxumadığını deyir, 7%-i isə bunu nadir hallarda, ayda cəmi bir dəfə etdiyini deyir. 3 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · çoxu(40%) mənafelərinin milli siyasətdə yaxşı təmsil olunduğunu hesab edir. Bir çoxu isə əmin deyil 6 və ya öz mənafelərinin zəif təmsil olunduğunu və ya ümumiyyətlə təmsil olunmadığını(hər biri 30%) hesab edir. · cəmi 18%-i ya məmnuniyyətlə, ya da bəlkə siyasi funksiyaları üzərinə götürməyə hazır olduğunu bildirib. Gənc kişilərin və ali təhsilli respondentlərin siyasi funksiyalar yerinə yetirməyə istəkli olması ehtimalı bir qədər daha yüksəkdir. · Azərbaycan gənclərinin dörddə üçə yaxını(74%) hər hansı sosial və ya siyasi fəaliyyətlərdə iştirak etməyib. Bakıdan kənarda yaşayanlar, daha gənc respondentlər və təhsil səviyyəsi daha aşağı olanların siyasi baxımdan fəal olması ehtimalı daha aşağıdır. · gəncləri üçün ən önəmli şikayət mənbəyi iqtisadiyyatdır. Onların 58%-i ölkənin üzləşdiyi ən mühüm problem kimi qiymətlərin qalxmasını göstərib. Qeyd etmək vacibdir ki, Azərbaycan gənclərinin 11%-i ərazi bütövlüyü məsələsini ən vacib problem hesab edir və bu, daha çox ikinci ən vacib problem kimi(45%) qeyd olunub. · və ya sağ təmayüllü siyasi ideologiyalara bağlı olduğunu iddia edən gənclərin sayı azdır. Gənclərin çoxu(36%) özlərini mərkəzi mövqedə yerləşdirir, 7 32%-i isə ideoloji özünüqiymətləndirmə barədə əmin deyil. · respondentlər sol və ya sağ təmayüllü siyasətlər arasında aydın fərqləndirmə apara bilmədiyindən, ideoloji özünüqiymətləndirmə ilə bağlı nəticələrə ehtiyatla yanaşılmalıdır. · gənclərin yalnız kiçik bir qismi(26%) hesab edir ki, Azərbaycan Avropa ölkəsidir. Eyni sayda gənc(27%) bu sualı cavablandıra bilməyib. · Avropaya baxışları mürəkkəbdir. Gənclərin çoxu Avropanın demokratiya və qanunun aliliyinin mövcud olduğu(45%) və mədəni və elmi nailiyyətləri (40%) olan bir yer olduğuna inanır. Gənclərin üçdə birindən çoxu Avropanı ən zəngin və çiçəklənən region kimi görür(35%). Bununla belə, mənfi hisslər də geniş yayılıb: gənclərin üçdə biri Avropanı öz qaydaları olan yad bir yer(36%), dörddə biri isə aqressiv və soyuq insanların olduğu(22%), mənəvi tənəzzül edən və ənənəvi dəyərlərin itirildiyi(24%) bir yer hesab edir. · əksəriyyəti(89%) Türkiyənin Azərbaycanın ən yaxın dostu olduğunu bəyan edir. Türkiyə Azərbaycan iqtisadiyyatının inkişafına(86%), insan hüquqlarının qorunmasına(80%) və milli təhlükəsizliyə(90%) töhfə verə bilən ən mühüm xarici tərəfdaş kimi qəbul edilir. · iqtisadiyyatın inkişafına, insan hüquqlarına və milli təhlükəsizliyə dəstək verən tərəf kimi müsbət imici bütün sosial-demoqrafik qruplarda yüksək səviyyədədir. Aİ-nin Azərbaycan iqtisadiyyatına müsbət təsirini Bakıda yaşayan gənclər və ali təhsilli gənclər nisbətən daha çox təsdiq edirlər. 4 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · respondentlərin yarıdan çoxu hesab edir ki, Ermənistanla əməkdaşlıq ölkənin milli dəyərlərinə(52%), milli təhlükəsizliyinə(53%) və dövlətçiliyinə(51%) təhlükə yarada bilər. Respondentlərin çoxu həmçinin iddia edir ki, Ermənistanla əməkdaşlıq Azərbaycanın iqtisadi sisteminə təhlükə yarada bilər(44%). Respondentlərin beşdə biri isə qorxur ki, ABŞ-la əməkdaşlıq da bunu edə bilər. · arasında beynəlxalq təşkilatlarla bağlı fikirlər bölünür. Gənclərin çoxu Aİ (49%), beynəlxalq maliyyə institutları(48%), NATO(46%) və ya digər beynəlxalq təşkilatların(44%) kifayət qədər müsbət və ya açıq-aşkar müsbət rol oynadığını düşünsə də, qalanları ya heç bir qiymət vermir və ya həmin təşkilatların ölkəyə təsirinin mənfi olduğunu düşünür. · “Qərb” və“Rusiya” seçimi verildikdə, çoxu(48%)“Qərbə meyl edir. Bununla belə,“heç bir formada qütbləşmə arzuedilən deyil”(16%) kimi aralıq mövqelər də geniş yayılıb. Qütbləşmənin rədd edilməsi paytaxtda və ali təhsilli gənclər arasında daha geniş yayılıb. · gənclərin böyük hissəsi SSRİ-nin dağılmasının təsirini ya qiymətləndirə bilməyib[30%-i cavabı bilmədiyini deyib, ya da cavab verməkdən imtina edib(8%)]. Neytral(24%) və ya müsbət(26%) cavablar verənlərin payı demək olar eyni idi, cəmi 12%-i isə Sovet İttifaqının dağılmasının mənfi hadisə olduğuna inanır. · yaşlı gənclərin və ibtidai təhsilli gənclərin yarıdan çoxunun Sovet İttifaqının dağılmasına dair heç bir mövqeyi yoxdur(“bilmirəm” və ya“cavab verməkdən imtina edirəm”). Ali təhsilli gənclər(38%) və 25-29 yaş qrupuna daxil olanlar(34%) digər gənclərlə müqayisədə bu hadisəni daha müsbət qiymətləndirib. · respondentlərin yarıya yaxını(48%) 1990-cı illərin Azərbaycan üçün nəticələri barədə qərarsız qalıb. Gənclərin qalan hissəsi isə müstəqilliyin ilk onilliyinin daha çox yaxşı(24%), yoxsa pis(27%) şeylər gətirdiyi ilə bağlı sualda fərqli mövqelərə bölünüb. · süqutunun müsbət qiymətləndiriməsi ilə 90-cı illərin müsbət qiymətləndirilməsi arasında uzlaşma müşahidə olunur. Sovet İttifaqının süqutunun yaxşı hadisə olduğunu hesab edənlərin 58%-i 90-cı illərin Azərbaycana pis şeylərdən daha çox yaxşı şeylər gətirdiyini hesab edir. · illərdən bəri pul qazanmaq(25%) və peşəkar tibbi yardım(17%) kontekstində müəyyən yaxşılaşmalar qeyd edilib. · çoxu(43%) Qarabağ münaqişəsinin nəticəsindən məmnunluğunu bildirir, dörddə birdən bir qədər çoxu(28%) isə neytral mövqelər bildirir. Digər şəhər(44%) və kənd(47%) ərazilərində yaşayan gənclər paytaxtda yaşayanlarla müqayisədə(30%) müharibənin nəticəsindən bir qədər daha çox razıdır. 5 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · 28%-i onların ailəsindən ən azı bir şəxsin 44-günlük Qarabağ müharibəsində əsgər, hərbi qulluqçu və ya könüllü kimi iştirak etdiyini bildirib. Paytaxtda yaşayanlarla(22%) müqayisədə, digər şəhər(28%) və kənd(31%) yerlərində yaşayanlar arasında bu rəqəmlər bir az yüksəkdir. · böyük qismi(45%) Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına qarşıdır. Digər şəhər(59%) və kənd(48%) ərazilərində yaşayan gənclər bu ideyaya qarşı çıxdıqları halda, paytaxtda bu ideyanın əleyhinə olanlar daha azdır(19%). · nəzərəçarpan qismi növbəti 5 il ərzində Qarabağda yeni müharibə perspektivi ilə bağlı suala“bilmirəm” cavabını(29%) verib və ya mövqe bildirməkdən imtina edib(7%). Bununla yanaşı, gənclərin 38%-i müharibənin yenidən başlama riskinin olmadığını hesab edir, 26%-i isə müəyyən dərəcədə mümkün olduğunu bildirir. · müharibəsi kontekstini və Azərbaycanın qonşularla münasibəti nəzərə alaraq, əksəriyyət(60%) hesab edir ki, vətəndaşlar Azərbaycanın dövlətçiliyinin gücləndirilməsi naminə müxtəlif fədakarlıqlar etməyə hazır olmalıdır. Onlar hesab edir ki, Azərbaycanın irəliləməsi üçün yeganə yol Rusiya(55%) ilə deyil, Türkiyə (89%) ilə inteqrasiyadır. · (56% )“xalqların dinc yaşaması üçün keçmişdə baş verənləri unutmaq daha yaxşıdır” fikri ilə razılaşmır. Bu mövqe dövlətlərlə əməkdaşlığa dair iki fikrin müqayisəsi zamanı da özünü göstərir: gənclərin demək olar ki yarısı(47%) hesab edir ki, Ermənistandan başqa bütün ölkələrlə əməkdaşlıq etmək vacibdir. Cəmi 9%-i Ermənistan da daxil olmaqla bütün ölkələrlə əməkdaşlığa razıdır. · özlərini ən çox Azərbaycan vətəndaşları(90%) kimi eyniləşdirirlər. Sonrakı pillədə yerli-regional(68%) və Qafqaz(66%) səviyyəli özünüeyniləşdirmə dayanır. Digər tərəfdən, daha kosmopolitan şəxsiyyətlər, məsələn dünya vətəndaşı(36%) və ya Avropalı(9%) olmaq gənclərin nəzərəçarpan dərəcədə kiçik hissəsi tərəfindən qeyd edilir. Gənclərin cəmi dörddə biri(25%) özlərinin konkret bir etnik qrupa mənsub olduğunu hesab edir, respondentlərin üçdə biri(33%) isə bu fikri rədd edir. · əksəriyyəti(72%) dini qurumların Azərbaycan cəmiyyətində xüsusi rol oynaması fikri ilə razılaşmasa da, eyni sayda gənc(67%) də söz azadlığının bütün dinləri tənqid etməyin mümkünlüyünü ehtiva etməsi fikrinə qarşıdır. Bakıda yaşayanlar(54%) digər şəhər(30%) və kənd yerlərində(24%) yaşayanlarla müqayisədə söz azadlığının dinin tənqidini də ehtiva etməsi fikrini daha çox dəstəkləyir. Eyni zamanda, paytaxtda yaşayan gənclər(50%) digər şəhər yerlərində (19%) və kənd yerlərində(24%) yaşayan gənclərlə müqayisədə dini qurumların xüsusi rol oynadığını daha tez-tez qeyd edir. 6 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · hakim mədəniyyətin universallığını dəstəkləməyə meyllidir. 58%-i hesab edir ki, immiqrantlar Azərbaycanın mədəni ənənələrinə uyğunlaşmalıdır. 50%-i isə hesab edir ki, hər kəs eyni adət və ənənələrə əməl edərsə, ölkə üçün daha yaxşı olar. Bundan əlavə, gənclərin 64%-i müxtəlif din və mədəniyyətlərin qarışmasının Azərbaycan üçün faydalı olacağı fikri ilə razılaşmır. Digər şəhər(36%) və kənd (23%) ərazilərində yaşayan gənclərlə müqayisədə, paytaxtda yaşayan gənclər (55%) arasında dini və mədəni müxtəlifliyə dəstək daha geniş yayılıb. · və cəmiyyətlə bağlı ənənəvi mövqelərə baxmayaraq, respondentlərin əksəriyyəti(63%) hesab edir ki, azlıqlara mənsub olan uşaqlara Azərbaycan dilində adi dərslərlə yanaşı, öz ana dillərini öyrənmək imkanı verilməlidir. · daha çox məsuliyyət götürməli olması və hökumətə arxalanmalı olmaması fikri respondentlərin 40%-i tərəfindən qəbul edilir və 60%- i tərəfindən rədd edilir. Digər şəhər(36%) və kənd(37%) yerlərində yaşayan gənclərlə müqayisədə paytaxtdakı gənclər(52%) bu cür fərdiyyətçi dəyərləri daha çox dəstəkləyir. Orta (39%) və ya ibtidai(35%) təhsilli gənclərlə müqayisədə ali təhsilli gənclər arasında (50%) şəxsi məsuliyyət daha çox dəstəklənir. · uğur və ya fiziki görünüşlə bağlı ailə dəyərləri və atributları Azərbaycan gəncləri tərəfindən hamılıqla qəbul edilir, vətəndaş təşəbbüslərində iştirak isə daha az dəstəklənir. Məsələn, evlilik(82%), uşaq sahibi olmaq(77%), partnyoruna sadiq olmaq(86%), məsuliyyət götürmək(86%), müstəqil olmaq(86%), sağlam qidalanmaq(87%) və yaxşı görünmək(82%) gənclərin böyük əksəriyyəti üçün önəmlidir. · fəal olmaq(29%) və ya vətəndaş tədbirləri və ya təşəbbüslərində iştirak etmək(32%) Azərbaycanda gənclərin cəmi üçdə biri üçün ortaq dəyərdir. Siyasətdə və vətəndaş təşəbbüslərində iştirak paytaxtda nisbətən daha yüksəkdir: 44%-i üçün siyasətdə fəal olmaq, 49%-i üçün isə vətəndaş təşəbbüslərində iştirak önəmlidir. · gənclər üçün şəxsi ləyaqət(35%), sosial prestij(19%) və maddi sərvət(14%) ən vacib dəyərlərdir. Mənəvi dəyərlərdən altruizm(14%) də tez-tez qeyd edilib, tolerantlıq(3%) və həmrəylik(1%) kimi dəyərlər isə nisbətən kənarda qalıb. · gənclərin hüquq-mühafizə orqanlarına və icraedici hakimiyyət qurumlarına inamı böyükdür 8 : Ordu(97%), Prezident(93%), polis(83%) və milli hökumət(70%) ən çox etibar edilən qurumlar arasındadır. · ən az etibar edilən institutlara KİV(46% inamsızlıq 9 ), siyasi partiyalar(46% inamsızlıq) və vətəndaş cəmiyyəti təşkilatları(42% inamsızlıq) daxildir. Bu qurumlara inam paytaxtdan kənarda yaşayanlarla müqayisədə paytaxtda yaşayan gənclər arasında daha yüksəkdir. Bundan əlavə, ali təhsilli gənclər yuxarıda qeyd olunan qurumlara nisbətən daha yüksək inam ifadə edirlər. 7 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · olanlar(57%), homoseksual şəxslər 10 (37%) və narkomanlar(23%) ən çox rədd edilən qruplardır və respondentlər hətta onların Azərbaycana daxil olmasına belə imkan verilməməli olduğunu bildirib. Ən çox dəstəklənən qruplara gəldikdə isə gənclər qaçqınları(14%) və məcburi köçkünləri(10%) öz ailə üzvləri kimi qəbul edərdi. · əksəriyyəti ata-ana və ya baba-nənələri ilə yaşayır. Ümumilikdə, gənclər valideynləri ilə yaxşı yola getdiyini(87%) və yalnız kiçik bir hissəsi onlarla tez-tez mübahisə etdiklərini(2%) bildirir. Cəmi 5%-i dostları və ya digər qohumları ilə yaşadığını və 1%-dən azı tək yaşadığını bildirir. Öz partnyoru/həyat yoldaşı ilə yaşayanların sayı paytaxtda və digər şəhərlərdə yaşayan sakinlərlə müqayisədə, kənd yerlərində daha çoxdur. · gənclər iqlim dəyişikliyi barədə narahat deyil: onların 1%-dən az hissəsi bunu Azərbaycanın hazırda üzləşdiyi ən mühüm problemlər sırasında könüllü qeyd edib. · soruşduqda isə 45%-i iqlim dəyişikliyinin qlobal fövqəladə hal olması ilə razılaşır, 28%-i konkret cavab verməkdə çətinlik çəkir və 5%-i suala cavab verməkdən imtina edir. · (63% ) hesab edir ki, iqlim dəyişikliyinin səbəbləri ya tamamilə təbiidir (31%), ya da ilk növbədə təbii(32%) səbəblərdən qaynaqlanır. Yalnız 33%-i hesab edir ki, iqlim dəyişikliyinin kökləri bu və ya digər şəkildə insan fəaliyyəti ilə bağlıdır. Təbii səbəblər ən çox Bakıda yaşayan gənclər tərəfindən qeyd edilir(85%). Eyni iddia digər şəhərlərdə yalnız gənclərin 64%-i, kənd yerlərində isə 54%-i tərəfindən qeyd edilir. · bağlı fərqlərə baxmayaraq, respondentlərin əksəriyyəti(61%) iqlim dəyişikliyi ilə mübarizə üçün preventiv və məhdudlaşdırıcı tədbirlərin görülməsini dəstəkləyir. Paytaxtda yaşayan gənclər, ali təhsilli gənclər və yaşayış səviyyəsi daha yüksək olan gənclər bu cür tədbirləri fərqli sosial-demoqrafik xüsusiyyətlərə malik gənclərlə müqayisədə daha həvəslə dəstəkləyir. · gənclər gələcəyə nikbin baxırlar, çünki qlobal istiləşmənin yüngülləşdirilməsi səylərini eşidəndə onların 72%-i ümid, 63% isə əminlik hiss edir. Bununla belə, respondentlərin nəzərəçarpan qismi(51%) bu tədbirlərin onlar üçün fərqi olmadığını bildirir. · yalnız kiçik bir qismi(13%) ən azı bir dəfə xaricdə olub. 25-29 yaşlı və ali təhsilli gənclər daha gənc və ali təhsili olmayanlarla müqayisədə xarici ölkələrə daha çox səfər ediblər. · daha da az qismi(bütün gənclərin 3%-i və xaricə səyahət təcrübəsi olanların 26%-i) 6 aydan çox xaricdə qalıb. Gənclərin yalnız 2%-i xarici ölkələrə təhsil və ya iş səbəbi ilə səfər etdiyini bildirir(xaricdə olanların 18%-i). 8 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023 · əlavə, gənclərin əksəriyyəti(80%) təhsil və ya iş məqsədi ilə xarici ölkələrə getmək istəmir. Azərbaycanda qalmaq istəyi paytaxtda yaşayan gənclər, gənc qadınlar, ailəli respondentlər, 18-29 yaşlı gənclər və ali təhsilli gənclər arasında daha yüksəkdir. · olmuş və ya iş və ya təhsil məqsədi ilə xarici ölkələrə getmək istəyənlərin əksəriyyəti başqa ölkəyə köçmələrinin əsas səbəbi kimi daha yüksək maaşlar(51%) və daha yaxşı təhsil perspektivlərini(44%) göstərir. Köçmək üçün ən çox arzu edilən təyinat ölkələr Türkiyə(39%), Almaniya(16%) və Rusiyadır(12%). · gənclər növbəti 5 il ərzində ailələrinin(48%) və ölkənin(55%) həyat səviyyəsinin yaxşılaşacağına nikbin baxırlar. Lakin bir çoxu qərarsızdır. HAŞİYƏLƏR 1 başqa etnik qrupa mənsub olduğunu göstərən gənclərə hesabatın qalan hissəsində “milli azlıqlar” kimi istinad ediləcək 2 Azərbaycanda yaşayan gənclərə həm də“gənc azərbaycanlılar”, yaxud“Azərbaycan gəncləri” kimi istinad edilir. Bu terminlər eyni qrup gəncləri, yəni, həm milliyyətcə azərbaycanlı olan gəncləri, həm də başqa etnik qrupa mənsub olduğunu bildirən gəncləri təsvir etmək üçün istifadə edilir. 3 alın ki, respondentlərə 1-dən artıq gəlir mənbəyi seçməyə imkan verildiyindən, faizlərin cəmi 100-ə bərabər deyil. Respondentin həm şəxsi gəliri ola, lakin eyni zamanda qismən valideynlərinin dəstəyindən yararlana bilər. 4 - Təhsil, məşğulluq və ya təlimdə iştirak etməyən şəxslər 5 Ümumiyyətlə marağı olmayanlar istisna olmaqla 6 və ya“Cavab verməkdən imtina edirəm” cavabı verənlər 7 ballıq şkalada 5 və 6 qiymətlərinin cəmi. 8 və“kifayət qədər çox” cavablarının cəmi 9 və“bir az” cavablarının cəmi 10 anketinin ingilis dilində olan versiyasında“Queer”(kvir) sözü işlədilib, lakin azərbaycan dilində ekvivalenti olmadığı üçün“homoseksual” sözündən istifadə edilib. Müəlliflər bu sözün ingilis dilində və azərbaycan dilindəki istifadəsində kontekstual fərqlər barədə məlumatlıdır. ƏLAQƏ Fridrix Ebert Fondunun(FES) Cənubi Qafqaz Nümayəndəliyi Nino Ramişvili küçəsi, 1-ci dalan, ev 1, 7, 0179 Tbilisi, Gürcüstan georgia@fes.de https://southcaucasus.fes.de/ 9 | GƏNCLƏRƏ DAİR TƏDQİQAT AZƏRBAYCAN 2023